Qırmızı dənizdə təhlükə yaradan tankerlə bağlı qərar verildi
Yəmənin Qırmızı dəniz sahillərində 8 ildir lövbər saxlayan və bunun ekoloji fəlakətə səbəb ola biləcəyi xəbərdarlığı edilən “Safer” tankerindəki neftin 80 faizinin boşaldıldığı bildirilib.
Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 2015-ci ildən Yəmənin Qırmızı dəniz sahillərində lövbər salan Yəmənin dövlət şirkətinə məxsus “Safer” tankerində 1 milyon bareldən çox neftin Qırmızı dənizə sızması riskinin olduğu açıqlanıb.
Bu səbəbdən neftin böyük hissəsi boşaldılıb və tankerin təxliyyə prosesi həyatat keçiriləcək.
Humay İSGƏNDƏRLİ