Norveçdən "Meta"ya şok cəza

 09:56 08.08.2023     268

Norveçdə məlumatların mühafizəsi agentliyi  "Meta"nı "istifadəçinin məxfiliyini pozduğuna" görə gündə 1 milyon kron (təxminən 98 500 dollar) cərimələməyə başlayacaq.

Redaktor.az  "TRT Haber"ə istinadən xəbər verir ki,  agentlik ötən ay "Meta"ya müəyyən edilmiş qaydalara əməl etməsə, cərimə olunacağı xəbərdarlığını edibmiş.

"Meta" gələn aydan cərimə ediləcək və bu proses noyabrın 3-ə dək davam edəcək.

Humay İSGƏNDƏRLİ