Dağ silsiləsində üç turist öldü

 10:20 08.08.2023     276

Şotlandiyada dağ silsiləsində üç turist ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Polis şənbə günü turistlərlə əlaqənin olmaması barədə xəbərdarlıq aldıqlarını söyləyib.

Bazar günü başlayan axtarış-xilasetmə əməliyyatı nəticəsində iki kişi və bir qadın cəsədi tapılıb.

Qeyd olunur ki, əməliyyat qatı duman şəraitində aparılıb.

Turistlərin ölüm səbəbi açıqlanmır.