Güclü fırtına ABŞ-da həyatı iflic etdi

 12:14 08.08.2023     211

Amerika Birləşmiş Ştatlarının şərqində şiddətli fırtınalarda 2 nəfər həyatını itirib, 1,1 milyon ev və iş yerində elektrik enerjisi kəsilib.

Redaktor.az "Anadolu"agentliyinə istinadən xəbər verir ki, şiddətli fırtına və qasırğa 10 ştatda baş verib.

Cənubi Karolina ştatında 15 yaşlı oğlan fırtına səbəbindən yıxılan ağacın altında qalaraq ölüb. Alabama ştatında isə 28 yaşlı gənc oğlan ildırım vurması nəticəsində həyatını itirib.

Fırtına səbəbindən 2600 uçuş ləğv olunub, 7900 uçuş isə təxirə salınıb.

Humay İSGƏNDƏRLİ