Türk ordusu daha 4 PKK-çını MƏHV ETDİ
Türkiyənin Milli Müdafiə Nazirliyi "Zeytun Budağı" və "Barış bulağı" bölgələrində hücuma hazırlaşan 4 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Naizrliyin yaydığı açıqlamada deyilir:
"Suriyada xalqın sülh və təhlükəsizliyini pozmaq istəyən terrorçulara cavab verməyə davam edirik. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz "Zeytun Budağı" və "Barış bulağı" bölgələrində təcavüz atəşi açan 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib".
Humay İSGƏNDƏRLİ