Ukrayna Polşa və Rusiyaya gedən 250-dən çox avtobus marşrutunu bağladı

 14:44 08.08.2023     262

Ukraynanın İcmalar, Ərazilər və İnfrastrukturun İnkişafı Nazirliyi Polşa və Rusiyaya gedən 250-dən çox avtobus marşrutunu bağlayıb.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"Nazirlik xidmətin keyfiyyətini artırmaq üçün beynəlxalq sərnişindaşıma sənayesində islahatlara başlayıb. İlk addım beynəlxalq avtobus marşrutlarının siyahısının sadələşdirilməsi olub.

Profil komissiyasının qərarı ilə 258 beynəlxalq marşrut bağlanıb, onlardan 118-i Polşadan müvafiq icazəsi olmayan marşrutlar, 140-ı isə Rusiya Federasiyasına gedən marşrutlardır" -  açıqlamada deyilir.

Departament qeyd edib ki, Polşaya gedən marşrutlar yoxlanıldıqdan sonra digər ölkələrə gedən marşrutlarla da eyni iş aparılacaq. Nazirlik Rusiya Federasiyasında avtobus marşrutları ilə bağlı vəziyyəti şərh etməyib.

Turan İSMAYIL