Britaniya Rusiyaya PUA tədarükünə görə İrana sanksiyaları genişləndirdi

 14:55 08.08.2023     255

Böyük Britaniya Ukraynadakı müharibədə Rusiyanı pilotsuz təyyarələrlə təmin etdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat dərc edilib.

Yeni siyahıya İranın fiziki və hüquqi şəxsləri də daxil edilib.