Həştərxanda yaşayış binasında partlayış - 2 ölü, 5 yaralı var

 15:06 08.08.2023     284

Həştərxanda yaşayış binasında məişət qazında partlayış baş verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

Mənbənin sözlərinə görə, faciə avqustun 8-də Həştərxan şəhərinin Admiral Naximov küçəsindəki evdə baş verib. Partlayış nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb. Zərərçəkənlərdən ikisi xəstəxanaya çatdırılıb, qalanlarına isə yerindəcə tibbi yardım göstərilir.

Ümumilikdə evdən 70 nəfər təxliyə edilib. Hadisə yerində yanğınsöndürmə və xilasedicilər işləyir.

Turan İSMAYIL