Rusiya Xarkov vilayətini hava bombaları ilə vurdu

 15:15 08.08.2023     286

Bu gün rus işğalçıları Ukraynanın Xarkov vilayətini idarə olunan bombalarla vurublar, nəticədə iki nəfər həlak olub.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, sonradan işğalçılar ikinci hücuma keçiblər və bu dəfə kasetli sursatlardan istifadə etdilər. Bunun nəticəsində xilasedicilər və bir polis yaralanıb.

"Ruslar Kupyanski rayonunun Kruqlyakovka kəndinə 4 idarə olunan bomba atıblar. Şəxsi evlərə zərbələr endiriblər. İlkin məlumatlara görə, iki mülki şəxs həlak olub", - Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak Telegram-da bildirib. Qeyd olunub ki, hücum nəticəsində 5 nəfər yaralanıb.

Daha sonra Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, ruslar Kupyanski rayonuna da kasetli sursatlarla hücum ediblər.

"Hava bombalarının hücumları nəticəsində fərdi yaşayış evi yanıb. 45 yaşlı qadın və 65 yaşlı kişi həlak olub. Daha 2 mülki şəxs yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və fövqəladə hallar əməkdaşları gəlib. Düşmən kasetli sursatlarla yenidən atəş açıb. Dövlət Fövqəladə Hallar Xidmətinin 2 xilasedicisi və Xarkov vilayəti polisinin müstəntiqi yaralanıb”, - deyə Klimenko Telegram-da yazıb.

Turan İSMAYIL