Litva Rusiya və Belarusa məxsus 103 milyon avronu dondurdu

 15:58 08.08.2023     295

Litvada Rusiya və Belarus hesablarında 103 milyon avro dondurulub.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə LRT telekanalı məlumat yayıb.

Qeyd edilib ki, bu məbləğin 69,505 milyon avrosu və dondurulmuş vəsaitin 810 min dollarından çoxu Rusiya ilə əlaqəli doqquz hüquqi şəxsin payına düşür.

Bundan əvvəl İsveçrənin İqtisadiyyat Nazirliyi Rusiyanın İsveçrədə dondurulmuş aktivlərinin həcmini açıqlamışdı.

Mənbənin sözlərinə görə, ötən ilin noyabrından bu rəqəm dəyişməyib, 8,6 milyard dollardır.

“İzvestiya” qəzeti Avropa Parlamentinə (AP) istinadən yazır ki, Avropa İttifaqı Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin müsadirə edilməsinin mümkünlüyü üçün hüquqi baza yaratmaq niyyətindədir.

Brüssel dəfələrlə bəyan edib ki, bu vəsait Ukraynanın bərpasına sərf olunacaq. Avropa Komissiyasının rəsmi nümayəndəsi Kristian Viqand bildirib ki, AK 2023-cü ilin payızında Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın maraqları naminə istifadəsi ilə bağlı qanunvericilik təklifi ilə çıxış etməyi planlaşdırır.

Turan İSMAYIL