Əhalimizin üçdə biri yoxsulluqdan aşağı səviyyədə yaşayır - İran parlamentinin deputatı

 15:59 08.08.2023     325

İran əhalisinin üçdə biri – 28 milyon nəfəri yoxsulluqdan aşağı səviyyədə yaşayır. Hansı ki, bu, faciədir.

Redaktor.az-ın məlumatına görə, bunu İran parlamentinin deputatı Moinəddin Səidi deyib.

M.Səidinin sözlərinə görə, əhalinin məişət tərzi gündən-günə daha çox problemlərlə üzləşir. Belə olduğu halda ölkənin bütün rəsmiləri məişət məsələsinə diqqət yetirməlidirlər. Lakin artıq əhalinin süfrəsi kiçilməyib, ümumiyyətlə süfrə yığışdırılıb.

Səidi əlavə edib ki, artıq 15 vilayətdə çörəyin qiymətinin 40% artırıldığı elan olunub. Broyler toyuğunun qiyməti 1,2 milyon rialdır (təxminən 28,5 dollar rəsmi məzənnə ilə). Misal üçün Sistan və Bəluçestan vilayətində adambaşı toyuq əti istehlakı 3 kiloqramdan aşağıdır. Təbii ki, qiymətlər yuxarı olduqda alıcılıq qabiliyyəti minimuma enir.
İranlı parlamentari qeyd edib ki, ölkədə verilən statstikalar heyrətamizdir. Sanki başqa bir ölkə haqqında söhbət olunur. Əhalinin vəziyyəti günü-gündən pisləşir.