Piza qülləsinə ürək şəkli cızan fransalı qadın saxlanıldı

 16:09 08.08.2023     351

İtaliyada dünya irsi obyektlərinə qarşı növbəti vandalizm aktı baş verib.

Redaktor.az xəbər verir ki, "Tgcom24" telekanalının məlumatına görə, fransalı 19 yaşlı turist Pizanın əyilmiş qülləsinin sütunlarından birinin üzərində adının baş hərfləri və sevgilisinin adı yazılmış ürək şəkilli rəsmi iti cisimlə qaşıyıb.

Telekanalın məlumatına görə, o, saxlanılıb. Turist “ağırlaşdırıcı şəraitdə milli arxeoloji, tarixi və bədii irsə ziyan vurmaqda” ittiham olunur. İtaliyada belə bir vandalizm cinayətinə görə 15.000 avroya qədər cərimə nəzərdə tutulur.

Oxşar hadisələr daha əvvəl Kolizeydə də baş vermişdi. Orada iyul ayında iki nəfər saxlanılıb, onlar da qədim abidənin divarlarına öz baş hərflərini cızdırıblar.

Turan İSMAYIL