Polşanın müdafiə naziri Belarusla sərhədə əlavə hərbçilər göndərdi

 17:00 08.08.2023     315

Polşa Belarus pilotlarının onun ərazisinə uçmasından sonra Belarusla sərhədə əlavə əsgərlər yerləşdirəcək.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Polşa-Belarus sərhədində dinamik vəziyyət və sərhəd mühafizəsi komandanının sərhəd mühafizəsində iştirakın artırılması ilə bağlı müraciəti ilə əlaqədar olaraq, milli müdafiə naziri bu tələbin yerinə yetirilməsinə və əraziyə patrul xidmətinə əlavə hərbçilərin göndərilməsinə göstəriş verib" - nazirlikdən bildirilib.

Qeyd edək ki, dünən Polşa sərhədçilərinin komandiri Müdafiə Nazirliyindən Belarus sərhədinə daha min əsgər göndərilməsini istəyib. Hazırda orada 2000-ə yaxın əsgər var.

Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik bildirib ki, Belarusla sərhəddə polşalı sərhədçilərə, əsgərlərə və polisə qarşı aqressiya güclənir - onlara butulkalar, daşlar, budaqlar atılır.

O, xatırladıb ki, iyun ayında Belarus tərəfdən obyekt, ehtimal ki, pnevmatik və ya odlu silahdan atəşə tutulub və o, sərhədçilərin avtomobilinin şüşəsini sındırıb.

Xatırladaq ki, ötən həftə Belarusun iki döyüş helikopteri Mi-8 və Mi-24 Polşanın dövlət sərhədini pozub. Onlar “məşqlər” zamanı Polşa kəndlərindən birinin üzərindən uçublar.

Polşa Müdafiə Nazirliyi insidenti təsdiqləyib və Belarusla sərhədin mühafizəsini gücləndirməyi tapşırıb. Eyni zamanda polşalı general sərhəd yaxınlığında döyüş helikopterlərinin yerləşdirildiyini, lazım gələrsə, atəş açmağa hazır olduğunu qeyd edib.

Turan İSMAYIL