"İran və Rusiya düşmənlərin istəyinə qarşı hərbi əməkdaşlığı davam etdirəcək"

 17:18 08.08.2023     293

İran və Rusiya arasında hərbi sahədə əməkdaşlıq tamamilə qanunidir, Tehran və Moskvanın düşmənlərinin istəklərinə baxmayaraq, davam edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu İslam Respublikasında səfərdə olan Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O, Fars xəbər agentliyinə iki ölkə arasında hərbi qarşılıqlı fəaliyyətlə bağlı sualı cavablandırarkən deyib.

“Bu əməkdaşlıq tamamilə qanunidir və İran və Rusiyanın düşmənlərinin istəklərinə zidd olaraq davam edəcək.

Bizim hərbi əməkdaşlığımızı genişləndirmək hüququmuz var və iki ölkənin hərbi idarələri bir-biri ilə sıx əməkdaşlıq edir”, - o, əlavə edib.

Turan İSMAYIL