Meşə yanğınları Portuqaliyanı cənginə alıb

 17:34 08.08.2023     331

Portuqaliyanın cənubundakı Odemira bələdiyyəsində baş verən yanğın artıq 7 min hektar meşə sahəsini məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Publico” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, yanğın avqustun 5-də başlayıb. Təhlükəsizlik məqsədilə 1,4 mindən çox insan təxliyə edilib. Yanğının söndürülməsinə 1000-ə yaxın yanğınsöndürən və hava texnikası cəlb olunub.

Respublikanın digər ərazilərində də onlarla meşə yanğınları tüğyan edir. Onların söndürülməsində yüzlərlə insan iştirak edir. Yanğınlarla əlaqədar 55 sakinə yardım göstərilib, onlardan 12-si xəstəxanalara çatdırılıb.

Yanğınların söndürülməsi Portuqaliyada yaranmış güclü istilər səbəbindən çətinləşir. Belə ki, bazar ertəsi Santarem bələdiyyəsində havanın temperaturu 46,4 dərəcəyə çatıb ki, bu da ölkədə bu il üçün rekord göstəricidir.

Turan İSMAYIL