Britaniya Muzeyi bıçaqlı hücuma görə bağlandı

 17:52 08.08.2023     352

İngiltərənin simvolik yerlərindən biri olan Britaniya Muzeyinin qarşısında bıçaqlı hücum baş verib. Bu səbəbədən muzey təxminən 2 saat bağlanıb.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə muzeyi ziyarət etməyə gələnlər məlumat yayıb.

Hadisənin terror aktı kimi qiymətləndirilmədiyini bildirən polis, vətəndaşlar üçün heç bir riskin olmadığını vurğulayıb.

Humay İSGƏNDƏRLİ