Pakistan Milli Assambleyasının sabah buraxılacağı gözlənilir
Pakistanda bu il keçirilməsi planlaşdırılan ümumi seçkilərə zəmin hazırlamaq üçün Milli Assambleyanın sabah buraxılacağı bildirilir.
Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Pakistan mediasında məlumat yayılıb.
Bildirilir ki, baş nazir Şahbaz Şərifin bu gün Milli Assambleyanın buraxılması ilə bağlı tövsiyəsini prezident Arif Alviyə göndərəcəyi gözlənilir.
Humay İSGƏNDƏRLİ