Putin Cənubi Afrika prezidenti ilə telefon danışığı apardı

 21:39 08.08.2023     321

Rusiya lideri Vladimir Putin Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa ilə telefon danışığı aparıb.

Redaktor.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə  Kremlin mətbuat xidməti məlumat yayıb.

“Mövcud beynəlxalq gündəm üzrə gələcək konstruktiv qarşılıqlı fəaliyyət, o cümlədən avqustun 23-24-də Yohannesburqda keçiriləcək BRİKS sammitinə hazırlıqla bağlı qarşılıqlı mövqe ifadə edilib ”, - Kremldən bildirib.

Yusif EYVAZLI