Kanada-Ukrayna Fondu Ukraynaya 100 ədəd həyati dəstək sistemi verdi

 20:50 08.08.2023     216

Kanada-Ukrayna Fondu (KUF) Ukrayna Səhiyyə Nazirliyinə 100 ədəd “MOVES SLC” inteqrasiya olunmuş həyati dəstək sistemi verib, bu sistemlərdən ağır yaralı xəstələrin yerüstü və hava daşınması üçün istifadə olunacaq.

Bu barədə Redaktor.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir.

Fondun press-relizində qeyd olunur ki, “MOVES SLC” münaqişə və təbii fəlakət zonalarında tibbi yardım göstərmək üçün nəzərdə tutulmuş mikro inteqrasiya olunmuş həyati dəstək sistemidir.

KUF-dan bildirilib ki, sistemlər Kanada hökumətindən alınıb və Ukrayna Səhiyyə Nazirliyinə təhvil verilib. Portativ həyati dəstək sistemləri pasiyentin həyati əlamətlərini izləməyə, ağır xəstələrin ağciyərinə hava ötürülməsinə və xəstəxanalara çatdırılma zamanı fəsadların qarşısını almağa kömək edəcək (report).