ABŞ-ın dövlət borcunun gündə beş milyard artacağı proqnozlaşdırılır

 21:46 08.08.2023     323

ABŞ-ın dövlət borcu növbəti onillikdə hər gün 5,2 milyard dollar artacaq. 

Redaktor.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu proqnozu “Bank of America” analitiki Maykl Hartnett səsləndirib.

Konqresin Büdcə Ofisinin məlumatlarına istinad edərək, o, borcun bütövlükdə iqtisadiyyatdan çox daha sürətli artacağını proqnozlaşdırıb. 2023-cü ilə qədər ÜDM 118,9 faizə çatacaq, müqayisə üçün bu il 98,2 faiz təşkil edir.

Hartnett bildirib ki, mərkəzi banklar hələ də maliyyə sektorunu, hökumətlər isə real iqtisadiyyatı xilas etməklə məşğuldur. Onun sözlərinə görə, yeni tənəzzül və dövlət borcunun ödənilməməsi riskinin yüksək olması halında G7 ölkələrinin siyasətinin son məqsədi dövlət istiqrazlarının gəlirlilik əyrisinə nəzarət etmək olacaq.

Yusif EYVAZLI