"Hörümçək adam" olmaq üçün özünü zəhərli hörümçəyə DİŞLƏTDİ

 23:15 08.08.2023     418

Boliviyanın Oruro şəhərində səkkiz yaşlı uşaq "Hörümçək adam" olmaq ümidi ilə zəhərli hörümçək tərəfindən dişlənməsinə icazə verdikdən sonra xəstəxanaya yerləşdirilib. 

Bu barədə Redaktor.az “Lenta.ru”ya istinadən xəbər verir.

Hadisə uşaq evin yaxınlığında çayın kənarında oynayan zaman baş verib. Tapdığı hörümçəyi əlinin üzərinə qoyub. Bu zaman hörümçək dərhal onu dişləyib. O, üç saat sonra baş verənləri anasına etiraf edib.

Ana oğlunu yaxınlıqdakı şəhərdəki tibb məntəqəsinə aparıb. Oradan Oruro xəstəxanasına köçürülüb. Pediatrlar oğlanı dişləyən hörümçəyin növünü müəyyən etmək üçün mütəxəssislə əlaqə saxlayıblar. Hörümçəyin görünüşünü təyin edən həkimlər lazımi dərmanı təqdim ediblər və yarım saatdan sonra uşağın vəziyyəti sabitləşib. 

Yusif EYVAZLI