Rusiyada çay və kofenin qiyməti kəskin artacaq

 09:39 09.08.2023     305

Rusiyada olan çay və kofe istehsalçıları sentyabrdan qiymət artımı olacağı ilə bağlı xəbərdarlıq ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "lenta.ru" məlumat yayıb.

İri çay və kofe istehsalçıları rublun ucuzlaşması ilə əlaqədar sentyabr ayından etibarən məhsullarının bahalaşması ilə bağlı xəbərdarlıq ediblər ki, bu da idxal qiymətlərinin artmasına səbəb olacaq.

Bildirirlər ki, qışa qədər çay və kofenin qiymətində artım 20 faizə çatacaq.

Humay İSGƏNDƏRLİ