ABŞ-da cinayət və zorakılığın qarşısının alınması üçün Milli Qvardiyaya çağırış edildi

 10:04 09.08.2023     287

Amerika Birləşmiş Ştatlarının paytaxtında Vaşinqton Assambleyasının üzvü Trayon Vayt fövqəladə vəziyyət elan edilməsini və şəhərdə sürətlə artan cinayət və zorakılığın qarşısını almaq üçün Milli Qvardiyanın hərəkətə keçməsini istəyib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, avqustun 6-da paytaxtda baş verən son atışmada 3 nəfər ölüb.

Bu səbəbdən də rəsmilər ölkəni təhlükəsiz vəziyyətə gətirmək istəyirlər.

Bildirilir ki, nəinki axşamlar, günorta və səhər tezdən də payxtaxtda atışma səsləri eşidilir.

Humay İSGƏNDƏRLİ