Türkiyədə çimərliklərə giriş qadağan edildi
Türkiyənin İstanbul şəhəri də daxil olmaqla bir çox şəhərdə dənizə giriş qadağan olunub.
Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraitidir.
Meteorologiyanın fırtına xəbərdarlığının ardından hər hansı neqativ halın yaşanmaması üçün çimərliklərə girişlərin qadağan edildiyi açıqlanıb.
Çimərliklərdə çalışan xilasedici qruplar bayraqları qırmızıya çevirərək vətəndaşları dənizə buraxmırlar.
Humay İSGƏNDƏRLİ