Türkiyədə yol qəzaları ilə bağlı dəhşətli statistika
Türkiyədə ilin ilk 7 ayında ölkə üzrə 309 min 573 yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu qəzalarda 633 nəfər həyatını itirib, 197 min 601 nəfər isə yaralanıb.
Təhlükəsizlik Baş İdarəsi Nəqliyyat Müdirliyinin məlumatına görə, qəzaların 137 min 255-i sürücü, 14 min 215-i piyada, 998-i sərnişin, 482-si yol qüsurları səbəbindən baş verib.
Humay İSGƏNDƏRLİ