Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20-ə çatdı
Gürcüstanın Oni bələdiyyəsindəki Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Redaktor.az apa-ya istinadla xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəetməsi Xidmətinin məlumatında bildirilib.
İtkin düşən daha bir neçə nəfərin axtarışlarının davam etdirildiyi qeyd olunub.
Qeyd edək ki, təbii fəlakətlə əlaqədar avqustun 7-si Gürcüstanda matəm günü elan edilib.