Ermənistan Penitensiar Xidmətində həbslər gözlənilir - KİV
Ermənistan Penitensiar Xidmətində həbslər gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yazıb.
Nəşrin məlumatına əsasən, Penitensiar Xidmətin əməkdaşları məhbuslarla sövdələşmələr aparıb. Ölkənin Penitensiar Xidmətinin sabiq rəisi Sergey Atomyanın tabeliyindəki əməkdaşlar məhbuslarla sövdələşmələr aparıblar və Atomyanın da sövdələşmələrin iştirakçısı olması iddiası irəli sürülüb.
Xatırladaq ki, Sergey Atomyan 5 avqustda Baş nazir Nikol Paşinyanın qərarı ilə tutduğu vəzifədən azad edilib.