Polşa Sloveniyaya qoşun göndərir
Polşa hakimiyyəti ölkənin müasir tarixində ən böyük daşqın halına gələn daşqının nəticələrinin aradan qaldırılması üçün Sloveniyaya hərbi mühəndislər göndərmək qərarına gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) Polşanın milli müdafiə naziri Mariuş Blaşçak məlumat verib.
"Polşa ordusu fəlakətli daşqının nəticələri ilə üzləşmiş Sloveniyadakı müttəfiqlərimizə kömək edəcək. Mühəndis qoşunlarının təcrübəli hərbçilərini xüsusi texnika ilə birlikdə ora göndərəcəyik", - Blaşçak yazıb.
Qeyd edək ki, Sloveniyada son günlər ölkəyə yağan və daşqınlara səbəb olan güclü yağışlardan sonra çaylarda suyun səviyyəsi tədricən azalır. Ekspertlər bu tendensiyanın yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırırlar. STA-nın məlumatına görə, Savinjska və Koroska fəlakətdən ən çox zərər çəkmiş bölgələr olub, burada bir çox yollar daşqın və ya yolun zədələnməsi səbəbindən nəqliyyatın hərəkəti üçün bağlı qalıb.
Turan İSMAYIL