Əlillər üçün istirahət mərkəzində yanğın baş verdi - Ölənlər var

 16:35 09.08.2023     296

Fransada Almaniya ilə sərhədin yaxınlığında yerləşən Yuxarı Reyn regionunun Vinzenheym qəsəbəsində fiziki məhdudiyyətli şəxslər üçün istirahət evində yanğın baş verib, 11 nəfərin öldüyü ehtimal edilir.

Redaktor.az xəbər verir ki, bu barədə Yuxarı Reyn yerli administrasiyası məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında başlayan yanğın zamanı aparılan xilasetmə əməliyyatları nəticəsində 17 nəfər təxliyə edilib, 1 nəfər xəstəxanaya yerləşdirilib.

Həmçinin qeyd olunub ki, binanın daxilində qalan 11 nəfərin artıq öldüyü ehtimal edilir.

Qeyd edək ki, ölkənin daxili işlər naziri Gerald Darmanin baş vermiş hadisə barədə “Twitter“də yazıb və qeyd edib ki, Almaniya sərhədi yaxınlığındakı kiçik qəsəbədə əlillər üçün nəzərdə tutulan istirahət evində yanğın baş verib, ölənlər var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.