Putin dövlət zəmanətlərini rublla icra etməyə icazə verdi

 17:05 09.08.2023     257

Rusiya Prezidenti Vladimir Putin xarici valyutada verilən dövlət zəmanətlərinin rublla icrasına icazə verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Bu, benefisiarın istəyi ilə və ya onsuz, lakin xarici valyutada dövlət zəmanətlərini yerinə yetirmək mümkün olmadıqda mümkün olacaq.

Turan İSMAYIL