Belarusda daha bir partiya ləğv edildi

 17:10 09.08.2023     266

Belarus Ədliyyə Nazirliyinin saytında yerləşdirilmiş siyasi partiyaların hazırkı siyahısına Respublika Partiyası daxil edilməyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, avqustun 8-də respublikanın Ali Məhkəməsi partiyanın ləğvi ilə bağlı Ədliyyə Nazirliyinin iddiasına baxıb. Hələlik hakimiyyət bu qərarı rəsmi şəkildə şərh etməyib.

Respublika Partiyası 1994-cü ilin mayında dövlət qeydiyyatına alınıb.

Fevralda Belarus prezidenti Aleksandr Lukaşenko siyasi partiyaların yaradılması və fəaliyyəti üçün şəraitin dəyişdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Qanuna uyğun olaraq, Ədliyyə Nazirliyi qüvvəyə mindiyi gündən altı ay müddətində siyasi partiyaları yenidən dövlət qeydiyyatına almalıdır. Yenidən qeydiyyatdan keçməmiş və ləğvetmə haqqında qərar qəbul etməyən birliklərin fəaliyyətinə Belarus Ali Məhkəməsinin qərarı ilə xitam verilir.

Ali Məhkəmə əvvəllər Belarus Yaşıllar Partiyasını və Belarus Sosial Demokrat Hramada partiyasını ləğv edib.Hazırda Ədliyyə Nazirliyinin siyahısında 11 siyasi partiya var, bu ilin əvvəlində onlardan 15-i var idi.

Turan İSMAYIL