İranda bir qadına təcavüz edən 5 kişi edam edildi
İranda məhkəmə yerli qadına təcavüz edən 5 kişiyə ölüm hökmü çıxarıb.
Redaktor.az xəbər verir ki, "Əl Alarabiya"nın məhkəmə orqanlarına istinadən verdiyi məlumata görə, ölüm hökmü avqustun 9-da icra olunub.
“2022-ci ilin may ayında Mərənd şəhərində bir qadını qaçıran və zorlayan beş kişi bu gün edam edilib”, – Mərənd şəhərinin prokuroru Ziya Mehra telekanala bildirib.
Cinayət törədildikdən 4 gün sonra bir qrup kişi yerli polis tərəfindən həbs edilib. Onlar günahlarını etiraf ediblər.
“Cinayət şəhər məhkəməsində zorlama ittihamı ilə 5 təqsirləndirilən şəxsin hamısına ölüm hökmü çıxarılıb, Ali Məhkəmədə həmin şəxslərin hökmü təsdiqləndikdən sonra bu gün ölüm hökmü icra edilib”, - prokuror bildirib.
Turan İSMAYIL