Britaniya səfiri İran XİN-ə çağırıldı

 20:22 09.08.2023     248

Böyük Britaniya səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Redaktor.az xəbər verir ki, Nazirliyin Qərbi Avropa İdarəsinin rəisi səfirə 8 avqust – Jurnalistlər Gününə dair “Twitter“ paylaşımı ilə bağlı etirazını bildirib.

Qeyd edək ki, səfir “Twitter“ paylaşımında İranda medianın fəaliyyətinə yaradılan maneələri tənqid edib.

Xatırladaq ki, İranda 8 avqust - Jurnalistlər Günü kimi qeyd edilir (apa).