Türkiyə Moskva və Kiyevi danışıqlar masasına oturmağa ÇAĞIRDI
Türkiyə Ukraynadakı münaqişə tərəflərini danışıqlar masasına oturmağa və hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.
Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclası keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) bəyanatında deyilir.
“Rusiya və Ukrayna arasında münaqişənin gedişatı və onun sonrakı mərhələlərdə region üçün mümkün nəticələri ətraflı müzakirə olunub. Qara dənizdə gərginliyin artmasının heç kimin marağına səbəb olmayacağı bildirilib. Bütün tərəfləri danışıqlar masası arxasına oturmağa və münaqişəni dərhal dayandırmağa çağırıblar”, - MTŞ-in bəyanatında deyilir.
Bəyanatda həmçinin vurğulanır ki, taxıl sazişinə qayıdış ehtiyacı olan ölkələrdə mümkün mənfi nəticələrin qarşısını alacaq və ərzaq sabitliyinə töhfə verəcək.
Yusif EYVAZLI