BƏƏ və Çin birgə hava təlimlərinə başladı

 21:54 09.08.2023     299

Birləşmiş Ərəb Əmirlikləri və Çin Hərbi Hava Qüvvələri “Şahin Qalxanı 2023” birgə təliminə başlayıb. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin sosial şəbəkəsində dərc edilmiş bəyanatında deyilir.

"BƏƏ Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri, Çin Milli Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri ilə birgə keçiriləcək "Şahin Qalxanı 2023" təliminin başladığını elan edir.",- bəyanatda vurğulanır.

Yusif EYVAZLI