Ən çirkli havası olan şəhərin adı AÇIQLANDI
Çilinin paytaxtı Santyaqo havanın ən çirkli olduğu şəhər elan edilib.
Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "IQAir" monitorinq agentliyi məlumat yayıb.
Çili paytaxtında hava keyfiyyəti indeksi 140-dır. Bu o deməkdir ki, hava uşaqlar, yaşlılar, ürək və ağciyər xəstəlikləri olan insanlar və açıq havada işləyənlər üçün zərərlidir.
Yusif EYVAZLI