İnterpolun binasından kompüter oğurladı - Həbs edildi

 22:50 09.08.2023     283

Fransada məhkəmə İnterpolun Liondakı qərargahından kompüter oğurlayan şəxsə 8 ay həbs cəzası verib. 

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. 

İyulun 15-də soyğunçu İnterpolun binasına girərək 10 kompüteri oğurlayıb. O, kamera görüntüləri vasitəsilə müəyyən edilib və iki həftə sonra saxlanılıb.

BFMTV-nin məlumatına görə, dindirilmələr zamanı soyğunçu kompüterləri öz şərikinə satdığını, o da öz növbəsində onları Əlcəzairə göndərdiyini etiraf edib.

Yusif EYVAZLI