ABŞ-də məhkəmə Trampın işinin araşdırılmasına müdaxiləyə görə "X"i cərimələdi

 23:29 09.08.2023     330

ABŞ-də məhkəmə "X" (keçmiş tviter - red.) sosial şəbəkəsini keçmiş prezident Donald Trampın işinin istintaqını gecikdirdiyinə və əngəllədiyinə görə cərimələyib.

Redaktor.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" ABŞ-nin Kolumbiya dairəsi üzrə Apellyasiya Məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Donald Trampla bağlı təhqiqat aparan xüsusi prokuror yanvar ayında keçmiş prezidentin X hesabında axtarış qərarı alıb. Lakin ABŞ Apellyasiya Məhkəməsinin qənaətinə görə, sosial şəbəkə onun həyata keçirilməsini gecikdirib.

ABŞ-nin Kolumbiya Dairəsinin Apellyasiya Məhkəməsi "X"in hərəkətlərini hörmətsizlik hesab edən federal hakimin qərarını qüvvədə saxlayıb. Sosial şəbəkə 350 milyon dollar cərimələnib (report).