Baydenin ailəsi Rusiyadan pul almaqda ittiham EDİLDİ
ABŞ prezidenti Co Baydenin ailəsi onun vitse-prezidentliyi dövründə Rusiya, Ukrayna və Qazaxıstandakı iş adamları da daxil olmaqla 20 milyon dollardan çox qanunsuz ödəniş alıb.
Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının nəzarət və hesabatlılıq komitəsinin sədri Ceyms Komer deyib.
Açıqlanan sənədlərə görə, komitə Bayden ailəsinə və onların iş ortaqlarına xarici mənbələrdən 20 milyon dollardan çox ödəniş olduğunu müəyyən edib.
İddia olunur ki, bunlar 2014-cü ildə rusiyalı iş qadını və qazaxıstanlı iş adamı tərəfindən şirkətlər vasitəsilə Baydenin oğlu Hunter və onun biznes ortağına köçürülən vəsaitlərdir.
Yusif EYVAZLI