Daha bir ölkə "Barbi" filmini qadağan etdi

 10:14 10.08.2023     224

Küveyt hakimiyyəti ictimai əxlaqı və sosial adətləri qorumaq məqsədilə “Barbie” və “Talk to Me” filmlərini qadağan edib.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Kuveytin rəsmi xəbər agentliyi məlumat yayıb.

Ölkənin Kino və Filmlərə Nəzarət Komitəsi “Barbie” və “Talk to Me” filmlərinn yayımını tamamilə qadağan ediblər.

Bildiriliblər ki, filmdə cəmiyyətin dəyərlərinə uyğun olmayan mesaj varsa, onun yayımlanması doğru deyil:

"Bu, məzmunlu istənilən film xalqımızın adət-ənənələrinə uyğun gəlmir”.

Humay İSGƏNDƏRLİ