Rusiyada zavodda partlayışda 12 nəfər itkin düşdü
Rusiyanın Sergiyev Posad şəhərində (Moskva vilayəti) zavodda partlayışdan sonra 12 nəfərin taleyi naməlumdur.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a xilasetmə xidmətindən bildirilib.
Bundan əvvəl 9 nəfərin itkin düşmüş sayıldığı açıqlanmışdı.
Dəqiqləşdirmə aparılandan sonra məlum olub ki, partlayışdan sonra itkin düşənlərin sayı 12-dir.
Axtarışlar davam etdirilir.