102 yaşlı nənə uzun ömür sürməsinin sirrini AÇIQLADI

 10:44 10.08.2023     301

102 yaşlı amerikalı qadın deyir ki, aktiv həyat tərzi uzunömürlülüyün sirridir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, 102 yaşlı Peggy Konzak uzun illərdir ki, uşaqlara üzməyi öyrədir. 

O, 46 yaşından bəri üzgüçülük üzrə təlimatçı olub. Qadın təqaüdə çıxmaq istəmir və bacardıqca işləməyi planlaşdırır.

Konzak hesab edir ki, uzunömürlülüyünün, yaxşı fiziki formasının və sağlamlığının əsas sirri aktiv həyat tərzindədir:

"Bu yaşda mən çox tənbəl ola bilmərəm. Üzürəm, dərs deyirəm, evə qayıdıram və özümü yaxşı hiss edirəm. Valideynlər və onların uşaqları ilə ünsiyyətdə özümü xoşbəxt hiss edirəm. Mən tez-tez deyirəm ki, onlar məni əlil arabasına mindirib suya atana qədər dərs deməyə və üzməyə davam edəcəyəm".

Humay İSGƏNDƏRLİ