İranda sürüşmə nəticəsində bir neçə bina uçdu

 12:28 10.08.2023     263

İranın Əlburz vilayətinin Kərəc şəhərində sürüşmə baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Kərəc bələdiyyə sədrinin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Bəzi yaşayış məntəqələrinə ziyan dəyib, bir neçə bina uçub. Bələdiyyə sədri bildirib ki, sürüşmənin səbəbləri araşdırılır.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.