Bayden Konqresdən 25 milyard dollar tələb edəcək

 14:24 10.08.2023     242

ABŞ Prezidenti Co Baydenin administrasiyası müxtəlif ehtiyaclar, o cümlədən müdafiə xərcləri və Ukraynaya yardım üçün ABŞ qanunvericilərindən azı 25 milyard dollar məbləğində əlavə maliyyə tələb etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə mənbəyə istinadən Bloomberg məlumat yayıb.

Bildirilib ki, 25 milyard dollarlıq ümumi məbləğin təxminən 13 milyard dolları müdafiə ehtiyaclarına və Ukraynanın dəstəklənməsinə yönəldiləcək. Qalan 12 milyard dollar isə ABŞ-da təbii fəlakətlərin aradan qaldırılmasına yönəldiləcək. Mənbə vurğulayıb ki, bu vəsaitlərə büdcə məhdudiyyəti qoyulmayacaq.

Turan İSMAYIL