İsveçin Livandakı səfirliyinə hücum edildi

 14:30 10.08.2023     262

Ötən gecə İsveçin Beyrutdakı səfirliyinə hücum cəhdi edilib: binanın qapısına yandırıcı qumbara atılıb, lakin bu işə yaramayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Expressen” qəzeti məlumat yayıb.

Nəşr xatırladıb ki, Livanın şiə Hizbullah partiyasının lideri Həsən Nəsrullah gənc müsəlmanları Quranı qorumağa və onun yandırılmasının arxasında duranları cəzalandırmağa çağırıb. İsveçin Livandakı səfiri Ann Dismor planlaşdırılan məzuniyyətdə olub və indi öz rəsmi vəzifələrini bərpa edib. Diplomat Beyrutdakı səfirliyə uğursuz hücumla bağlı bütün sualları Krallığın Xarici İşlər Nazirliyinə yönləndirib.

"Vəziyyətdən xəbərdarıq. Səfirliyimizin əməkdaşları təhlükəsizdir və Xarici İşlər Nazirliyi onlarla daimi əlaqə saxlayır", - İsveç Xarici İşlər Nazirliyi bildirib.

Turan İSMAYIL