Gürcüstanda sürüşmə nəticəsində itkin düşmüş 12 nəfərin axtarışları davam etdirilir

 15:11 10.08.2023     238

Gürcüstanın Oni bələdiyyəsində torpaq sürüşməsi zonasında itkin düşmüş 12 nəfərin axtarışları davam etdirilir.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.
O, əraziyə çox sayda texnika və insan resurslarının cəlb edildiyini, bu vaxta qədər 21 nəfərin meyitinin tapıldığını deyib.

Parlament sədri itkin düşənlərin tapılması üçün hər şeyin edildiyini vurğulayıb.