Polşa Belarusla dəmiryolu əlaqəsini dayandıra bilər

 17:29 10.08.2023     239

"Polşa Belarusla dəmiryolu əlaqəsini dayandıra bilər".

Redaktor.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik bildirib. Nazir müavini bildirib ki, əgər Belarus Prezidenti Aleksandr Lukaşenkonun təxribatları davam edərsə, bu barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, Polşanın müdafiə naziri Mariuş Blaşak Belarusla sərhədə ümumilikdə 10 min hərbçi yerləşdirəcəyini deyib.

Onun sözlərinə görə, hərbçilər Belarusla sərhədi qoruyacaqlar. Buna səbəb Belarusdakı “Vaqner” xüsusi hərbi təşkilatının ehtimal edilən təxribatıdır.

Daxili işlər nazirinin müavini daha əvvəl sərhədə 2 min hərbçinin göndəriləcəyini demişdi.