Livanın müdafiə nazirinə sui-qəsd cəhdi oldu

 17:40 10.08.2023     265

Livanın müdafiə naziri Moris Slimin maşın karvanı naməlum silahlılar tərəfindən atəşə tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, paytaxt Beyrutun Cisr-əl Başa məhəlləsində törədilən sui-qəsd cəhdi nəticəsində nazir xəsarət almayıb.

Moris Slim vurğulayıb ki, atılan güllə mindiyi avtomobilin arxa pəncərəsinin şüşəsinə dəyib: “Mənə heç nə olmayıb. Sağ-salamatam”.