Bu ölkədə kafedə partlayış oldu - azı 10 nəfər ölüb

Somalinin mərkəzində yerləşən Cəlalaksi kəndindəki kafedə partlayış baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, partlayış nəticəsində azı 10 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Turan İSMAYIL