Ermənistan və İran bu sazişin müddətini uzatdı

 19:11 10.08.2023     241

Ermənistan və İran “Elektrik enerjisi müqabilində qaz” sazişinin 2030-cu ilə qədər uzadılmasına dair sənəd imzalayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sazişi “İrəvan İstilik Elektrik Stansiyası” QSC-nin baş direktoru Aram Qazaryan və İran İslam Respublikasının neft nazirinin müavini, Milli Qaz Şirkətinin direktoru Məcid Çegeni imzalayıblar. 

"Sazişin uzadılması qarşılıqlı faydalı sövdələşmədir. Bu, qaz idxalının və elektrik enerjisi ixracının həcminin artırılmasına imkan yaradacaq və bu, şübhəsiz ki, hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək", - ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.

Qeyd edək ki, Ermənistan və İran 2009-cu ildən qaz müqabilində qarşılıqlı elektrik enerjisi tədarükünə başlayıb.

Ermənistan hər il İrandan bir neçə yüz (adətən 400-500) milyon kubmetr qaz alır, bunun müqabilində Ermənistan 1 kubmetr üçün 3 kVt/saat elektrik enerjisi verir.

Turan İSMAYIL